A

UNEC-in Elmi Şurasında beynəlmiləlləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılması, həmçinin magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrin sayının artırılması məqsədi ilə UNEC-in xaricdə yaşayan seçilmiş məzunlarına “UNEC Brand Ambassador” statusu veriləcək.

Əcnəbi tələbələrin UNEC-də payının artırılması və onların stimullaşdırılması istiqamətində növbəti addım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlərin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə “Əlaçı”, “Həvəsləndirici” və “Adi” təqaüdlər veriləcək.

UNEC-də təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan yeni qaydalar qəbul edilib. Belə ki, nüfuzlu və yüksək impakt faktorlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manata qədər qonorarların verilməsi ilə bağlı UNEC-də tətbiq olunan qaydalar universitetin bakalavr, magistr və doktorantlarına da şamil ediləcək.

Dünyanın nüfuzlu universitetlərində bir il müddətində tədqiqat aparan UNEC müəllimlərinin əmək haqları yeni qaydalara əsasən hesablanacaq. Həmin müəllimlərin tədqiqat apardıqları müddətdə əmək haqları tam olaraq ödəniləcək.

TOP XƏBƏRLƏR