UNEC-in İqtisadiyyat fakültəsində fakültə Elmi Şurasının onlayn formada növbəti iclası keçirilib.
Fakültə dekanı, dosent Asiman Quliyevin rəhbərliyi ilə keçirilən iclasda fakültə nəzdinə fəaliyyət göstərən kafedra müdirləri və əməkdaşlar iştirak ediblər.
İclasda UNEC rəhbərliyi tərəfindən qəbul edilən qərarlar səsləndirilib, qarıya qoyulan vəzifələrin icrası istiqamətində müzakirələr aparılıb.
Eləcə də onlayn dərslərin təşkilinə hazırlığın qiymətləndirilməsi aparılıb.