×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить index.html


A

president.az

Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikası öz tarixinin mürəkkəb və şərəfli bir dövrünü yaşayır. 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Beynəlxalq hüquqa məhəl qoymayan işğalçı dövlət beynəlxalq təşkilatların, həmsədr dövlətlərin qərar və qətnamələrini yerinə yetirməkdən aşkar şəkildə imtina edir. Azərbaycan dövlətinin sülhpərvər siyasəti Ermənistanın cinayətkar rejimi tərəfindən qəbul edilmir. Təcavüzkar dövlət son dövrlərdə özünün işğalçı niyyətlərini daha da artıraraq Azərbaycanın yeni torpaqlarını ələ keçirmək iddiası ilə çıxış edir.

Sizin beynəlxalq səviyyədəki forumlarda Ermənistanın işğalçı niyyətlərini ifşa etməyiniz və bu istiqamətdə apardığınız uğurlu siyasətiniz böyük ümidlər yaradır. Bizdə, eləcə də bütün Azərbaycan xalqında qələbə sevinci oyadır. Xalqımız Sizin müdrik rəhbərliyinizlə erməni işğalçılarının tezliklə Azərbaycan torpaqlarından tamamilə çıxarılacağına, Azərbaycan Ordusunun zəfər çalacağına tam əmindir.

Hörmətli cənab Prezident, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün əməkdaşları Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikada həyata keçirdiyiniz bütün işləri dəstəkləyir və həmrəyliyimizi ifadə edirik.

Hörmətlə,

Əməkdar elm xadimi, iqtisadi elmləri doktoru Mirdaməd Sadıqov

Professorlar - Sakit Yaqubov

Vəkil Həsənov

Rəsul Balayev

Nizami Xudiyev

İrşad Kərimov

Mirələm Həsənli

Azərbaycan Respublikası, Bakı şəhəri.

TOP XƏBƏRLƏR