A

UNEC-in Zaqatala filialında 31 mart -  Azərbaycanlıların Soyqırımı Günününə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova, Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev, İqtisadiyyat və idarətmə kafedrasının müdiri dosent Səfər Razıyev və kafedranın müəllimləri Camal Arıxov, Qüdrət Qırtımov erməni faşistlərinin törətdikləri vəhşilikdən söz açıblar. Natiqlər son iki yüz ildə erməni vandalları tərəfindən Azərbaycanın bir neçə dəfə soyqırıma məruz qaldığını, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı əldə etdiyini bildiriblər.

31 Mart Soyqırım günü münasibətilə filialın Tələbə Gənclər Təşkilatının dəstəyi ilə bir neçə fəal tələbə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Onlara soyqırımı haqqında geniş məlumat verilib. Ziyarət zamanı tələbələr soyqırımının qurbanlarını yad edib və məzarlığın önünə gül dəstələri düzüblər.

 

TOP XƏBƏRLƏR