UNEC-də Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyinin açılışında çıxış edən tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova universitetin kollektivini bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.
UNEC Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində tələbələrin Novruz atrubutlarına, adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri də nümayiş olunub. Tanınmış müğənnilərin ifaları, milli rəqslər və Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyinə xüsusi rəng qatıb.