23-26 iyun 2022-ci il tarixlərində UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, “Paşa Holdinq” Şirkətlər Qrupunun baş sponsorluğu ilə baş tutmuş IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR) çərçivəsində nəzərdə tutulmuş nəşrlərin yayımlanması davam edir.
Konfransın tam mətni məruzələr kitabında iqtisadiyyat və idarəetmə sahəsində 132 müxtəlif aktual mövzuda məqalə dərc olunub. (https://conferences.az/.../1131a-konfrans-tam-m-tnl-r...)
Konfrans çərçivəsində işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və inkişafı ilə bağlı ümumilikdə 43 məqaləni əhatə edən 3 müxtəlif kitab nəşr olub:
- “Qarabağın iqtisadi inkişafında investisiyaların rolu” (https://conferences.az/.../e9f5d-qarabag-ve-serqi...)
- “Qarabağda biznes mühiti və KOB-ların inkişafı” (https://conferences.az/.../c5158-qarabagda-biznes-muhiti...)
- “Qarabağın iqtisadi potensialının sektoral qiymətləndirilməsi” (https://conferences.az/.../165c4-qarabag-ve-serqi...)
Konfransa qəbul edilmiş tədqiqat işləri arasından seçilmiş 58 məqalə TURAN-SAM jurnalında konfransın xüsusi buraxılışı olaraq yayımlanıb. Jurnal dünyanın 30-a yaxın elmi bazasında indekslənir. (https://conferences.az/.../3d094-turan-sam_iscemr_special...)
Konfrans çərçivəsində dünyanın nüfuzlu nəşriyyat şirkəti olan SPRINGER tərəfindən nəşr olunacaq "Yaşıl İqtisadiyyat və Yaşıl Maliyyə" kitabı isə qısa müddətdə oxucular üçün əlçatan olacaqdır.
Konfransın rəsmi veb səhifəsinə (conferences.az) daxil olaraq sadalanan nəşrlərin elektron variantları ilə tanış ola bilərsiniz.