A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) məzunlar birliyi və “Profity Academy” təlim və konsultasiya şirkəti arasında memorandum imzalanıb.

İmzalanmadan öncə tərəflərin birgə fəaliyyətləri istiqamətləri üzrə görüləcək işlər və perspektivlər müzakirə olunub. “Profity Academy” təlim və konsultasiya şirkətinin direktoru Vüsal Sultanlı UNEC-lə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademiya tərəfindən tam təqaüdlü həyata keçirilən “Qadın gülərsə” sosial məsuliyyət layihəsinin BMDM məzunlar birliyi ilə birgə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Sonra “Profity Academy”nin direktoru Vüsal Sultanlı və BMBD-nin məzunlar birliyinin sədri Ülkər Zeynalova arasında memorandumu imzalanıb. Sənəddə tərəflərin birgə karyera, təcrübə, kommunikasiya alətlərindən istifadəsi nəzərdə tutulub.

 

TOP XƏBƏRLƏR