×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить index.html


A

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində UNEC-in dosenti Çinarə Qəhrəmanovanın müəllifi olduğu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabının təqdimatı keçirilib.

Kitabın müəllifi Ç.Qəhrəmanova kitab haqqında məlumat verərək, dərsliyin Azərbaycan dilinin leksik və semantik normalarının düzgün öyrədilməsi, təmizliyinin qorunması istiqamətində mühüm nəşr olduğunu bildirib.

Tədbirdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva, “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənli, ADPU-nun “Müasir Azərbaycan dili” kafedrasının müdiri professor Həcər Hüseynova, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa Allahverdiyeva və SDU-nun “Dil və ədəbiyyat” kafedrasının müdiri dosent Böyükxanım Eminli çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər. Dərsliyin təkcə əcnəbi tələbələr üçün deyil, həm də Azərbaycan dilində işgüzar və akademik kommunikasiya bacarıqlarını möhkəmləndirmək istəyən mütəxəssislər üçün məzmun və forma baxımından olduqca səmərəli ədəbiyyat olduğu diqqətə çatdırıblar. Eləcə də kitabın ölkəmizdə təhsil alan əcnəbi tələbələrin nitq mədəniyyətimizi mənimsəməsinə və Azərbaycan dilinin qorunmasına xidmət etdiyini bildiriblər.

TOP XƏBƏRLƏR