A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarının məqaləsi ABŞ-nın Stenford Universitetinin “Elm və təhsil sferasında tədqiqat” (Science and Education Studies) adlı beynəlxalq elmi dövri jurnalında dərc edilib.

UNEC-in İqtisadiyyat və sənaye  fakültəsinin dekanı, dosent Asiman Quliyev  ilə İqtisadiyyatın tənzimlənməsi kafedrasının dosenti Qalib Hacıyevin birlikdə hazırladığı “Aqrar sahədə məhsulların istehsal və satış biznesinin tənzimlənməsi” mövzusunda məqalədə nüfuzlu nəşrin 2016-cı ildə çap edilən 1-ci sayında dərc olunub. Məqalədə müasir iqtisadi şəraitdə qloballaşan dünyada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və ərzaq təhlükəsizliyinin təmin olunması məsələsinin həlli və tədqiqinə dair fikirlər yer alıb. Azərbaycanın aqrar sahədə məhsulların istehsal və satışı biznesinin tənzimlənməsinin mövcud vəziyyəti barədə ətraflı məlumat verilib.

Dünyada tanınmış alimlərin iştirak etdikləri “Elm və təhsil sferasında tədqiqat” jurnalının materialları SCOPUS-da yerləşdirilib. (SNİP-4,986 və SJK-5,038).

TOP XƏBƏRLƏR