UNEC Kitabxana-İnformasiya Mərkəzi və UNEC Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları mərhum Seylan Tağıyevanın doğum günündə məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Seylan Tağıyeva 1966-cı ildən 2023-cü ilə qədər fasiləsiz olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı kitabxanasında çalışıb və vəfatına qədər Xidmət şöbəsinin müdiri vəzifəsində çalışıb.