Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İctimai idarə etmə və sosial innovasiyalar” kafedrasının dosenti Fəridə Qurbanovanın “Sosial inkişafda servis fəaliyyəti” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə dosent Fəridə Qurbanova kitab barədə ətraflı məlumat verib. “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov, kafedranın dosentləri Təranə Kərimova, Zakir Malayev, baş müəllim Mətanət Həsənova və 2 saylı tədris binasının kitabxanaçısı Yeganə Zeynalova çıxış edərək, kitabın məzmunu və əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən tələbələrin sualları müəllif tərəfindən ətraflı cavablandırılıb.
Sonda dosent Elşən Məmmədov Fəridə Qurbanovanın elmi yaradıcılığını yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.