İyun ayının 4-6-sı tarixlərində Rusiyanın Moskva şəhərində Rusiya Azad İqtisadçılar Cəmiyyətinin Beynəlxalq Komitəsi, Rusiya Elmlər Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və S.V. Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu tərəfindən təşkil olunmuş “Rusiya–2025: dinamik, balanslaşdırılmış sosial-iqtisadi inkişafın trayektoriyası” adlı VII Moskva Akademik İqtisadi Forumu və onun tərkibində keçirilən “Rusiya qlobal dəyişikliklər dövründə: sosial-iqtisadi inkişafın siyasi iqtisadı” adlı A.V.Buzqalin adına IX Beynəlxalq Siyasi İqtisad Konqresində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru Babayev Əlican Pirican oğlu iştirak edib.
Konqres müasir dövrdə siyasi iqtisadın bir sıra aktual problemlərinin elmi müzakirəsinə həsr olunub.
Aşağıdakı mövzular gündəmdə olub:
- Rusiyanın gələcəyi: sosial-iqtisadi inkişaf strategiyası;
- Universitetlərdə siyasi iqtisad: iqtisadi təhsildə yeri və rolu;
- XXI əsr iqtisadiyyatında ümummilli planlaşdırmanın inkişafı: məqsədləri, üsulları, potensialı;
- Yeni texnoloji və iqtisadi reallıqda əməyin məzmununun və rolunun transformasiyası;
- Siyasi iqtisad və iqtisadi siyasət: milli inkişaf prioritetlərinin həyata keçirilməsi istiqamətləri;
- Rusiya və qloballaşmadan kənar dünya: kontekstlər və alternativlər;
- İnsan potensialı texnoloji və sosial-iqtisadi tərəqqinin amili kimi: inkişafın əsas istiqamətləri və alətləri;
- Siyasi iqtisad və onun dostları: iqtisadi nəzəriyyə məktəblərinin tədqiqat problemləri (“Siyasi İqtisadın Məsələləri” jurnalının 10 illiyi ilə əlaqədar).
Konqresin “Siyasi iqtisad: yeni şəraitdə inkişafın və tətbiqin potensialı” adlı Seminar -1 bölmə iclasında professor Babayev Ə.P. “Texnoloji inkişafın yeni mərhələsinin sosial xüsusiyyətləri və siyasi-iqtisadi təhlilin vəzifələri” adlı məruzə ilə çıxış edib.
Forumun və konqresin proqramı ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://cloud.mail.ru/attaches/1750180956152086985...
https://maef.veorus.ru