UNEC Zaqatala filialının Elmi fəaliyyətin təşkili və idarəedilməsi üzrə mütəxəssisi dosent Xəzəngül Babayeva və UNEC Zaqatala filialının katibi Nazlı Bayramovanın beynəlxalq elmi mühitdə növbəti uğuru qeydə alınıb.
Onların həmmüəllif olduqları “The Role of Mobile Computing in Adaptive Testing for English Language Learners: Personalizing Assessment to Improve Outcomes” adlı elmi məqalə nüfuzlu SCOPUS bazasına daxil olan Q2 kateqoriyalı Forum for Linguistic Studies jurnalında dərc olunub.
Məqalədə mobil texnologiyaların ingilis dili öyrənənlər üçün adaptiv testlərin təşkili və nəticələrin fərdiləşdirilmiş şəkildə qiymətləndirilməsi sahəsindəki rolu təhlil olunur. Müəlliflər bu yanaşmanın dil öyrənənlərin nəticələrinin yaxşılaşdırılmasına verdiyi töhfələri elmi əsaslarla təqdim ediblər.
Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
https://journals.bilpubgroup.com/index.php/fls/article/view/9663
https://journals.bilpubgroup.com/index.php/fls/article/view/9663/6440