UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Nərgiz Hacıyevanın post-konflikt ərazilərdə su diplomatiyası, Qarabağ haqqında tədqiqatları, monoqrafiyası, UNEC-də elmin beynəlmiləlləşməsi siyasəti və Xanım Tədqiqatçılar Şurası (Women Researchers Council, WRC) barədə müsahibəsi Macarıstanın Ludovika İctimai İdarəetmə Universitetinin BONUM jurnalında macar dilində yayımlanıb.
Xatırladaq ki, Nərgiz Hacıyeva Ludovika Alimlər Proqramını qazanan ilk azərbaycanlı xanım siyasi alimdir. Cari ilin 12–18 oktyabr tarixlərində o, Ludovika İctimai İdarəetmə Universitetində post-konflikt ərazilərdə su resurslarının idarə olunması, Qarabağın işğalı dövründə illegal ticarət və su münaqişələri mövzusunda açıq mühazirələr təqdim etmişdir.
Müsahibədə, Hacıyeva həmçinin UNEC-də elmin beynəlmiləlləşməsi, Green UNEC 2024 siyasəti, UNEC-də rəqəmsallaşma, qadın tədqiqatçıların təşviqi və regionda aparılan strateji tədqiqatlar barədə ətraflı məlumat vermişdir.