Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər kafedrasının müəllimi Afaq Zeynallı Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul Mədəniyyət Universitetində olub.
İki həftə davam edən proqram çərçivəsində A.Zeynallının “İnternational system and security” və “Uluslararası çatışma çözümləri” fənlərindən “Collective security”, “Terrorism and the world in the XXI century” mövzularında, “Uluslararası çatışma çözümləri” fənnindən isə “Karabağ sorununun tarihi və bu günü”, “Karabağ sorununun çözüm modelleri” mövzusunda mühazirələri maraqla dinlənilib. UNEC müəllimi eyni zamanda İstanbul Mədəniyyət Universitetinin bir neçə müəlliminin dərsində də iştirak edib.
Sonda A.Zeynallıya İstanbul Mədəniyyət Universitetinin xatirə hədiyyəsi təqdim edilib.