A

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Avropa İttifaqı arasında TAIEX proqramı çərçivəsində fiskal sektorda huquqi, institusional və iqtisadi mövzunun tədqiqatı məqsədilə yaradılan konsorsiumun cənab Chris Walesin rəhbərlik etdiyi ekspert qrupu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərovun rəhbərlik etdiyi alimlər qrupunun görüşü keçirilib. Görüşdə kafedranın professorları Yaşar Kəlbiyevilə Nizami Xudiyev iştirak edib.

Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, o cümlədən, fiskal sektorun iqtisadi və institusional bazası haqqında ətraflı məlumat verilib, makroiqtisadi sabitliyin və iqtisadi artımın dayanaqlığının təmin olunması, ölkənin və regionların sosial-iqtisadi inkişafının artırılması yolları, o cümlədən bank sektorunda stabillik, rəqabət mühiti, ixrac yönümlü məhsullara dəstək geniş müzakirə olunub.

 

TOP XƏBƏRLƏR