Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemində fakültələrin reytinqinin mayın 1-nə olan nəticələri açıqlanıb. Reytinq müəllimlərin sistemdə topladığı ballara əsasən müəyyən edilib.
Differensial Əməkhaqqı Sisteminin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Bu baxımdan sistem UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla, tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edir.
Siyahını təqdim edirik:
|
UNEC DİFFERENSİAL ƏMƏKHAQQI SİSTEMİNDƏ FAKÜLTƏLƏRİN REYTİNQİ 01.05.2017 |
||||
|
Reytinq |
Fakültə |
Xidməti fəaliyyət balı |
||
| 1 | Beynəlxalq İqtisadiyyat Məktəbi | 21.361 | ||
| 2 | Türk dünyası işlətmə | 20.381 | ||
| 3 | Əmtəəşünaslıq | 16.837 | ||
| 4 | Texnologiya və dizayn | 16.082 | ||
| 5 | Biznes və menecment | 15.264 | ||
| 6 | Maliyyə və mühasibat | 15.001 | ||
| 7 | İqtisadiyyat | 14.897 | ||