A

UNEC-in Gənc Müəllimlər Şurasının (GMŞ) təşkilatçılığı ilə növbəti “Açıq dərs” keçirilib.

GMŞ-nın üzvü “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müəlliməsi Afaq Hacıyevanın apardığı dərsi tələbələrlə yanaşı, şura üzvləri və kafedranın professor-müəllim heyəti də dinləyib.

A.Hacıyevanın keçdiyi dərs “Torpaq ehtiyatlarının mühafizəsi, bonitirovkası və iqtisadi qiymətləndirilməsi” mövzusunda olub. Gənc müəllim dərsdə münbit torpaq ehtiyatları və onlardan səmərəli istifadənin aktual problemlərdən söz açıb, torpaqların məhsuldarlıq üzrə müqayisəli qiymətləndirilməsini aparıb. Mühazirə dinlənildikdən sonra gənc müəllim tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda GMŞ-nin İdarə Heyətinin sədri, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru şuranın təşkilatçılığı ilə keçirilən açıq dərslərin əhəmiyyətindən danışıb, həmin dərslərin tədris ili boyu təşkil olunacağını bildirib.

TOP XƏBƏRLƏR