UNEC-in SABAH qruplarının rəhbəri və tələbələri Çexiyanın paytaxtı Praqada keçirilən “Sosial, İqtisadi və akademik liderlik üzrə III beynəlxalq konfrans”da iştirak ediblər.
Praqa Təkmilləşdirmə İnstitutunun təşkil etdiyi beynəlxalq konfransda iqtisadiyyat, təhsil, sosial elmlər, psixologiya, davranış elmləri, pedaqogika və dilçilik sahələrindən olan tədqiqatçılar bir araya gətirilib.
Konfransda UNEC-in SABAH qruplarının rəhbəri, dosent Aida Quliyeva “Liderlik mobbing-ə qarşı” mövzusunda əsas məruzəçi kimi çıxış edib. Rəhbərlik və kollektivin psixoloji təzyiqinin işçinin məhsuldarlığına təsir amillərindən bəhs edən UNEC dosentinin çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
UNEC-in 58 tələbəsi də konfrans çərçivəsində 4 günlük təşkil olunan “Akademik yazı” təlimlərində iştirak ediblər.
Beynəlxalq konfrans və təlimlərin sonunda A.Quliyeva və tələbələrə sertifikatlar təqdim olunub.
Səfər çərçivəsində tələbələr dosent Aida Quliyeva və SABAH qruplarının gənc müəllimi Mətin Firuzinin rəhbərliyi ilə İsveçrə və Avstriyanın tarixi yerləri ilə tanış olublar.