A

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş "Qida və yüngül sənayenin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Azərbaycan Texnologiya Universitetində (UTECA) baş tutan tədbirdə UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının dosenti Azər Hüseynov “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının müasır vəzıyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. 

Məruzədə qeyd edilib ki, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu il qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, bu istiqamətdə daxilolmaların artırılması üçün vergi öhdəliklərinin vaxtında, tam yerinə yetirilməsi, bütövlükdə vergi və gömrük intizamının gücləndirilməsi üçün ötən ildən addımlar atılıb. Özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən islahatlar məhz prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. 

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil etdiyi üçün növbəti illərdə də bu sahədə görülən işlər genişləndiriləcək, nəzərdə tutulan tədbirlər ölkə əhalisinin zəruri həcmdə və keyfiyyətdə ərzaq məhsulları ilə daimi əsaslarla təmin edilməsinə istiqamətlənəcəkdir. Ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, o cümlədən ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş çoxsaylı prioritetlər çərçivəsində geniş əhatəli tədbirlər nəzərdə tutulmuşdur. Eyni zamanda, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi istiqamətində də zəruri tədbirlər görüləcəkdir. Məruzədə qeyd edilir ki, bu sahədə reallaşdırılan tədbirlər nəticəsində ərzaq təhlükəsizliyi üzrə vahid məlumat bazası formalaşdırılacaq və ərzaq təhlükəsizliyi ilə bağlı sistemləşdirilmiş məlumatlara çıxış təmin ediləcək, beynəlxalq normalara uyğun fizioloji istehlak normaları işlənib hazırlanacaq, ölkənin, həmçinin hər bir regionun və inzibati rayonun ərzaq məhsulları üzrə tələbatı dəqiqləşdiriləcək, ərzaq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozlar hazırlanacaqdır. UNEC dosentinin çıxışı tədbirdə maraqla qarşılanıb.

 

TOP XƏBƏRLƏR