UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov Sankt-Peterburq Dövlət İqtisad Universitetində mühazirə deyib.
UNEC-in professoru “Maliyyə və kredit” ixtisası üzrə beynəlxalq magistratura proqramında təhsil alan tələbələrə “Dünya ölkələrinin bank sistemi” və “Beynəlxalq valyuta-kredit münasibətləri“ fənlərini tədris edib.