UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Prof. Dr. Mehmet Yücenin “Vergi Denetim Hukuku (İçtihatlar ve Örnekler)” adlı yeni kitabı Türkiyədə çap olunub.
Kitabda ümumi vergi auditi, auditin standartları, Türkiyədə və bəzi ölkələrdə tətbiq olunan vergi auditi, eləcə də vergi auditini əhatə edən digər mövzular haqqında həm nəzəri, həm də təcrübəyə əsaslanan zəngin məlumatlar yer alıb.
Xatırladaq ki, Prof. Dr. Mehmet Yücenin vergi hüququ sahəsində bir çox kitab və məqaləsi dərc olunub. O, “Vergi Kaçakçılığı Suçu ve Yargılama Usulleri”, “Karşılaştırmalı Vergi Tebligat Hukuku”, “Türk Vergi Sistemi”, “Vergi Hukuku”, “Vergi Yargılama Hukuku”, “Mükelleflerin Vergiye Yaklaşımı Açısından Türk Vergi Sisteminin Değerlendirilmesi” kitablarının müəllifidir.