UNEC rektoru, professor Ədalət Muradov Türk Dünyası İqtisad Fakültəsinin rəhbərliyi və akademik heyəti ilə görüşüb.
Rektor TUDİFAK-da yüksək pedaqoji potensialın, milli dəyərlərə bağlılığın olduğunu bildirərək, bundan qürur duyduğunu ifadə edib. Bildirib ki, fakültə ilə bağlı əsas hədəfimiz ölkədə Türkiyə türkcəsində yeganə olaraq ali təhsil verən TUDİFAK-ı ali təhsildə keyfiyyət modelinə çevirməkdir.
Görüşdə fakültə dekanı Prof.Dr.Mehmet Yüce fakültədə görülən işlər barədə hesabatla çıxış edib. Hesabatda fakültəyə tələbə qəbulu planının, keçid balı, müəllim-tələbə mübadiləsi, elmi nəşrlər, beynəlxalq layihə və konfranslar barədə məlumat verilib. Həmçinin gələcək hədəflərdən bəhs olunub.
Sonra fakültənin gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.