A

SABAH layihəsinin qarşıya qoyduğu hədəflərindən biri hər il elmi-tədqiqat sahəsində müəllim və tələbələrin əldə etdiyi nailiyyətləridir.

2019/2020-ci il tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qrupları elmi-tədqiqat sahəsində bir çox uğurlara imza atıblar.

UNEC SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyevanın, müəllim və tələbələrin elmi tədqiqat işləri beynəlxalq elmi konfranslarda, Scopus, Web of science bazalarında indeksləşmiş nəşrlərdə və digər impakt faktorlu jurnallarda nəşr olunub.

Aida Quliyeva, baş müəllim Ülviyyə Rzayeva və SABAH-ın digər müəllimi Aygün Abdulovanın həmmüəllifliyi ilə yazdıqları “İmpact of İnformation Technologies on HR  Effectiveness: A case of Azerbaijan” adlı məqalə Böyük Britaniyanın nəşri olan “International Journal of advanced computer science and applications” Open Access jurnalında çap olunub.

Aida Quliyeva, baş müəllim Ülviyyə Rzayevanın həmmüəllifi olduqları daha 2 elmi məqalə də beynəlxalq jurnalda dərc edilib.

Eyni ildə onlar SABAH mərkəzinin digər bir dosenti Günay Quliyeva ilə birlikdə “The impact of Worldwide Governance Indicators on Renewable Energy Production in Caspian SEA countries” adlı elmi araşdırmalarını Scopus bazasına daxil olan “İnternational Journal of Energy, Environment and Economics” jurnalında nəşr etdiriblər.

Bununla yanaşı, Aida Quliyeva, Aygün Abdulova və Aysel Quliyeva ilə birlikdə “İnvesting in Human Capital and assimilaton of economic development” adlı məqalələrini  “Terra Economicus” jurnalında çap etdiriblər.

SABAH  mərkəzinin daha bir müəllimi Emilya Əhmədovanın UNEC Empirik Tədqiqat Mərkəzinin rəhbəri Xətai Əliyev ilə həmmüəllifi olduqları “Determinants of attitudes towards Halal products: Empirical evidence from Azerbaijan” məqaləsi “Journal of İslamic Marketing” jurnalında nəşr olunub.

Turan Süleymanovun “University Branding in Azerbaijan: Empirical Study of Students Choices for Education” məqaləsi “37th İnternational Scientific Conference on Economic and Social development” konfransın materialı kimi çap edilib.

Afaq Hacıyevanın isə “Food security in state programs of Azebaijan (for example of the major Caucasus)” adlı məqaləsi “55th İnternational Scientific Conference on Economic and Social Development” adlı konfransına qəbul olunub. Eyni zamanda bu konfransda UNEC-in İqtisadi araşdırmalar Elmi tədqiqat institunun böyük elmi işçisi Fərhad Mikayılovun elmi rəhbərliyi ilə SABAH mərkəzinin “Mühasibat uçotu və audit”  ixtisasının III kurs tələbələri Vəli Səməndərli və Zaur Məmmədovun hazırladığı “İmpact of agressiv policy to the economy of Armenia” məqaləsi, tələbələr Ülkər Məmmədova, Elşad Əliyev, Fəxri Nağıyev və Fəridə Səfiyevanın müəllimləri Təhmasib Hüseynovla birlikdə hazırladıqları “Elektron auditə keçidin mühasibat davranışlarına təsiri” adlı məqaləsi konfransın materialı kimi qəbul edilib.

Təhmasib Hüseynov və “SABAH” Mərkəzinin “Mühasibat uçotu” ixtisasının 3-cü kurs tələbələri Ülkər Məmmədova, Elşad Əliyev, Fəxri Nağıyev, Fəridə Səfiyevanın həmmüəllifi olduqları “Elektron auditə keçidin mühasibat davranışlarına təsiri” adlı məqalə isə “Davamlı İnkişafın Sosial-iqtisadi problemləri” mövzusunda 55-ci beynəlxalq elmi konfransa qəbul edilib.

SABAH qruplarının “Maliyyə” ixtisasının 4-cü kurs tələbəsi Mahir Nəsibli Rusiyanin Maliyyə Universitetinin təşkil etdiyi beynəlxalq konfransda “Особенности расчётно-кассовых операций коммерческих банков на современном этапе” adlı mövzu ilə çıxış edib.

SABAH mərkəzinin rəhbərinin müavini Rövşən Camalov daha böyük uğura imza ataraq, Norveç Krallığının Nord Universitetinin Biznes Məktəbində 3 ay müddətində elmi tədqiqat aparıb.

SABAH-ın müəllimi Şəbnəm Həsənovanın “Trans Adriatik Boru kəməri-TAP layihəsi çərçivəsində görülən işlər hansı mərhələdədir?” adlıməqaləsi ABŞ-ın Jamestoun Qlobal Tədqiqat və Təhlil Fondu (The Jamestown Foundation-Global Research & Analysis) tərəfindən nəşr olunub.

SABAH mərkəzinin rəhbəri, dosent  Aida Quliyevanın daha bir uğuru isə beynəlxalq komfransın Elmi Komitəsinə üzv seçilməsidir. O, Çexiya Respublikasının Praqa şəhərində keçirilən illik “Sosial, iqtisadi və akademik liderlik” (Social, economic and academic Liedership- İCSEAL) 7-ci beynəlxalq konfransının Elmi Komitəsinin 8 üzvündən biri seçilib. Elmi Komitənin üzvləri Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Polşa, Kolumbiya və Çin Xalq Respublikasının nümayəndələridir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay