25-26 iyun 2021-ci tarixlərində UNEC və Economic Social Development (ESD) təşkilatının birgə təşkil etdiyi Beynəlxalq Elmi Konfransı həyata keçirilib. Qeyd edək ki, bu Beynəlxalq Academic Conference Excellence qurumu tərəfindən keyfiyyət nişanı almış ESD-in 70-ci, ESD ilə UNEC-in isə təşkil etdiyi 3-cü konfransdır. UNEC Türk Dünyası İqtisad Fakultəsi (TUDİFAK) tələbə və məzunlarının da iştirak etdiyi bu konfrans "Davamlı inkişafın sosial-iqtisadi problemləri" mövzusunda keçirilmişdir.
TUDIFAK-ın bu il məzun olan tələbələrindən Leyla Tahirzadə "Financial Sustainability: Theory and Azerbaijan Application" mövzulu məqaləsi ilə konfransda iştirak edib. Müəllimi Dr. Nurhodja Akbulaev ilə birgə yazdığı məqalə, konfransın "Davamlı inkişaf hədəfləri: fiskal və monetar siyasət" bölümündə təqdim edilib. Leyla Tahirzadə həmçinin müəllimi Kəniş Qarayev ilə birgə yazdığı "Portfolio Optimization Using Genetic Algorithm: An Application in BIST-100 Before the Pandemic and During the Pandemic" mövzulu məqaləsi ilə də konfransda iştirak edib.
Həmçinin, TUDIFAK-ın bu il məzun olan tələbələrindən Elmir Musalı "Comparing the impact of SARS, EBOLA and COVID-19 on financial markets" mövzulu məqaləsi ilə konfransda iştirak edib. Yazdığı məqalə "Qeyri-müəyyənlik şəraitində şirkətlər" bölməsində təqdim edilib.
Qeyd edilən hər üç məqalə konfransın kitabında dərc olunub.
Əlavə olaraq, bir neçə fakültə tələbə və məzunlarının məqalələri SCOPUS indeksli jurnallarda dərc olunub.
Fakültə məzunu Samir Şahbazlının müəllimləri ilə yazdığı "Accounting education in the universities and structuring according to the expectations of the business world" mövzulu məqaləsi "Universal Journal of Accounting and Finance" jurnalında dərc olunub.
Fakültə məzunu Şəhla Rzayevanın müəllimləri ilə birgə yazdığı "Analysis of the influence of the price of raw oil and natural gas on the prices of indices and shares of the Turkish stock exchange" başlıqlı məqaləsi "Public Finance Quarterly" jurnalında dərc olunub.
Fakültənin maliyyə ixtisası 4-cü kurs tələbəsi Günay Aslanovanın müəllimləri ilə birlikdə yazdığı "Economic analysis of tourism enterprise solvency and the possibility of bankruptcy: The case of the Thomas Cook group" başlıqlı məqaləsi "African Journal of Hospitality, Tourism and Leisure" jurnalında dərc olunub.
Qeyd edək ki, SCOPUS ən böyük və ən nüfuzlu jurnalları birləşdirən bazadan biridir. SCOPUS elm, texnologiya, tibb, sosial elmlər, sənət və humanitar sahələrə aid müxtəlif formatları (kitab, jurnal, konfrans kitabları və s.) əhatə edir.