A

UNEC Könüllüləri Təşkilatının sədri Xatirə Talıbzadənin təşəbbüsü ilə millət vəkili Ceyhun Məmmədovun müəllifi olduğu "Gənclərə Tövsiyələr" kitabının təqdimatı keçirilib.

UNEC 24/7 Kitabxananın müdiri Arzu Məmmədova qonağa kitabxananın zəngin fondu, elektron resursları, geniş və məhsuldar fəaliyyəti, davamlı yenilənən xidmətləri, layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova,  UNEC-in struktur rəhbərləri və aparıcı mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Ceyhun Məmmədov gənclərin qarşılaşa biləcəyi seçimlər, düzgün istiqamətin müəyyənləşdirilməsi, şəxsi inkişaf və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmaq yolları ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. Həmçinin, gəncləri gözləyən imkanlar və çağırışlara toxunaraq, uğurlu həyat üçün əsas prinsip və dəyərlərin önəmini vurğulayıb.

UNEC Yaradıcılıq Mərkəzi rəhbəri Elman Cəfərov müasir gənclərin milli dəyərlərə söykənən kitabların mütaliəsinə önəm vermələrini tövsiyə edib.

Sonda iştirakçıların sualları cavablandırılıb və müəllifin imzalı kitabları hədiyyə edilib. 

TOP XƏBƏRLƏR