“Həftənin kitabı” bu buraxılışında “Çinin maliyyə sistemi: Qabaqlayıcı iqtisadi inkişafın stimulaşdırılması” kitabını təqdim edir.
Kitabın müəllifləri iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov və Çin İqtisadçılar Cəmiyyətinin üzvü Aslan Əzimzadədir.
Monoqrafiyada dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Çin Xalq Respublikasının maliyyə infrastrukturunu və onun iqtisadi inkişafda oynadığı mühüm rolu təhlil edilib. Müəlliflər Çin maliyyə sisteminin strukturunu, bank sektorunu, kapital bazarlarını və dövlətin tənzimləyici siyasətlərini araşdıraraq, qabaqlayıcı iqtisadi inkişaf modelinin necə formalaşdırıldığını izah ediblər. Kitabın 3 bölməsindən ikisi: Çinin iqtisadi uğurları, maliyyə sisteminin tarazlığının təmin edilməsi fundamental amillərə - konseptual baxış və eləcə də, maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri – strateji baxış hissələri geniş işlənilib ki, kitabın Çin iqtisad modeli ilə yaxından tanış olmaq istəyənlərə qiymətli mənbədir desək, yanılmarıq.
Qeyd edək ki, monoqrafiya Çin Xalq Respublikasında qabaqlayıcı sosial-iqtisadi inkişafın təmin edilməsində, dayanıqlı ictimai-siyasi sistemin formalaşmasında müstəsma rola malik Cin Kommunust Partiyasının (ÇKP) yaradılmasının 100 illiyinə ithaf edilib.
“Çinin maliyyə sistemi: Qabaqlayıcı iqtisadi inkişafın stimulaşdırılması” kitabı 2021-ci ildə çapdan çıxıb. Monoqrafiya 224 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.