A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) nəzdində Tələbə Elmi Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan II tələbə elmi-praktiki konfransı keçirilib.

Tədbirdə Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d. Cəmilə Həsənova Heydər Əliyevin Azərbaycanda yaratdığı hüquqi dövlətdən, Azərbaycan dili kafedrasının dosenti Mətanət Əmrahova ulu öndərin dilimizə verdiyi töhfələrdən, ÜFTTD-nin mütəxəssisi Aygün Behbudova ümummilli liderin uğurlu siyasətindən danışıblar. Tələbələr Həsən Əsgərov, Rauf Səfərzadə, Zahidə Mirzəyeva isə ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən söz açdılar.

Tədbirin bədii hissəsi tələbə Xeyransa Yusifovanın ulu öndərə həsr olunmuş şeirləri ilə davam edib.

Departament üzrə Tələbə Elmi Klubunun rəhbəri t.ü.f.d., Cəmilə Həsənovanın moderatorluğu ilə keçirilən konfrans “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli”, “Qloballaşan dünyada mədəniyyətlərin və dillərin dialoqu” və “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” adlı üç bölmə iclası və panellərlə davam etdi.

Konfransın sonunda panellərdə çıxış edən tələbələrə sertifikatlar təqdim edildi.

TOP XƏBƏRLƏR