A

12-14 iyun 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin ev sahibliyi ilə keçirilən VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR-2025) Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzinin nümayəndə heyəti yüksək səviyyədə iştirak edib.

Konfrans çərçivəsində nümayəndə heyəti müxtəlif elmi sessiyalarda çıxışlar edərək öz təcrübələrini bölüşüb, UNEC ilə mövcud əməkdaşlığın gələcək inkişafı istiqamətində fikir mübadiləsi aparıblar. Qonaqlar Bakı şəhəri və UNEC barədə olduqca müsbət təəssüratlarla ayrılıb, ölkələrinə döndükdən sonra konfransa dair qısa videoçarx da hazırlayıblar.

Qeyd edək ki, UNEC-in Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair memorandum 2025-ci ilin yanvar ayında Daşkənd şəhərində imzalanıb.

Videoçarxı izləyə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay