A

UNEC-in Dizayn Məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri UNEC Dizayn Məktəbin direktoru dosent Lalə Məmmədova açaraq, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşı, Təhsil şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ellada Xankişiyeva “İşğaldan azad edilmiş ərazilərin bərpasında Heydər Əliyevin iqtisadi irsi” adlı mövzusunda məruzə ilə çıxış edib.

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova dövlətimizin hazırki parlaq və möhtəşəm nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyaların təşkil etdiyini vurğulayıb.

Tədbirin sonunda Tələbə Elmi Cəmiyyətinin rəhbəri, baş müəllim Gülçöhrə Salehzadə Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək dəyərdən danışıb.

TOP XƏBƏRLƏR