A

Mayın 4-də ənənəvi olaraq keçirilən “Bakı Marafonu-2025”də UNEC tələbələri fəal iştirak ediblər.

“Küləyə qalib gəl!” şüarı ilə təşkil olunan marafon Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşıb və ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib.

Bu il marafona 28 minədək iştirakçı qeydiyyatdan keçib. Dövlət Bayrağı Meydanından start götürən yarışın marşrutu Dənizkənarı Bulvar və paytaxtın əsas küçə və prospektlərindən keçib.

2016-cı ildən keçirilən Bakı Marafonu ölkədə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına dəstək məqsədi daşıyır.

Tədbir çərçivəsində Dövlət Bayrağı Meydanında iştirakçılar və şəhər sakinləri üçün əyləncə zonası da yaradılıb. Burada müxtəlif idman tədbirləri, yarışlar və konsert proqramı təşkil olunub.

Marafonda həm yerli sakinlər, həm də ölkədə yaşayan əcnəbilər və turistlər maraqla iştirak ediblər.

TOP XƏBƏRLƏR