A

Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası və “AzEdu Academy”nin birgə təşəbbüsü ilə Litfi Zadə adına adına təqaüd təsis edilib.

İstedadlı gənclər dəstək olmaq və tanınmış alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriatura səviyyəsində təhsil alan, Vətən Müharibəsində, eləcə də I Qarabağ Müharibəsində  şəhid və ya qazi olan şəxslərin övladları üçün nəzərdə tutulub.

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “kompüter elmləri” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fidan Vəlizadə də Lütfi Zadə adına təqaüdə layiq görülüb.

Fidan Vəlizadə təqaüdə layiq görülməsi barədə təəssüratlarını AzEdu.az-la bölüşüb:

“Təhsil  almağım və bu günlərə gəlməyim  üçün  valideynlərim  çox əziyyət  çəkib, onların üzərimdə əməyi çoxdur. Atam I Qarabağ müharibəsində iştirak edərək qazi olub. Vətən Müharibəsi başlayanda da atam könüllü olaraq döyüşlərə qatılmaq istədi, lakin yaş  məhdudiyyətinə görə icazə verilmədi.

Öz evimiz olmadığına görə illərdir ki, kirayədə yaşayırıq. Ona görə təqaüdün yarısı ilə ailəmə dəstək  olacam, digər yarısını isə təhsilim üçün dəyərləndirəcəm. Təhsilimi, dil biliklərimi daha da təkmilləşdirmək  məqsədilə kurslara getməyi düşünürəm. Təqaüdə layiq görülməyim gözlənilmədən oldu, çox sevindim”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay