A

Həştərxan Dövlət Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekanı, professor Aksana Mineva UNEC-də olub.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovla görüşdə qonağa universitet barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 dildə təhsil verən UNEC regionun ən böyük iqtisadyönümlü universitetidir. UNEC-in elmi fəaliyyətindən danışan Z.Məmmədov son illərdə bu istiqamətdə əhəmiyyətli yüksək nailiyyətlər əldə olunduğunu xüsusi vurğulayıb. Görüşdə hər iki universitet arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda birgə tədqiqatların aparılması, elmi nəşr və məqalələrin çap olunması imkanları müzakirə olunub.

O.Mineva UNEC-in Heydər Əliyevin iqtisadi irsinin öyrənilməsi mərkəzində ulu öndərin fəaliyyətini əks etdirən eksponatlarla və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış olub. UNEC-in imtahan zalı, auditoriyaları və kitabxanasına baxış keçirib. Elektron Universitet Modelini yüksək qiymətləndirən qonaq, UNEC-də dünyanın nüfuzlu universitetlərinin tədris metodlarının tətbiq olunduğunu müşahidə etdiyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay