A

UNEC də daxil olmaqla, sovet mirasının ölkəmizdə sovetlər dönəmində yaradılmış və fəaliyyətini davam etdirən ən azından bütün dövlət universitetlərinə xas olduğunu vurğulamağı vacib hesab edirik. Yəni, söhbət konkret olaraq hər hansı bir universitetdən getmir.

Beləliklə, sovetlər dönəmində yaradılmış dövlət universitetlərinin idarəetmə mədəniyyəti dəyişməz olaraq qalmaqdadır.

Belə ki, idarəetmə sistemi əsas (!) məqsəd olaraq universitetlərin güclü tərəflərini müəyyən etməklə onları daha da inkişaf etdirmək əvəzinə, mövcud olan zəif tərəflərin aradan qaldırılmasına köklənmişdir.

Başqa sözlə, universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi və həmin üstünlüklər hesabına irəliyə çıxmaq imkanları diqqətdən kənarda qalır.

Zəif məqamların aradan qaldırılmasının prioritet (!) hesab edilməsi dünya səviyyəli universitetlər səviyyəsinə yüksəlməyi çox-çox çətin və hətta mümkünsüz edir.

UNEC rektoru professor Ədalət Muradov

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay