A

“Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin VI sayı Kanada Kitabxanası və Arxivlərində (Library and Archives Canada (LAC)) araşdırılıb.

Parlament aktı ilə 1953-cü ildə Ottava şəhərində əsası qoyulan Kanada Milli Kitabxanası 2004-cü ildə Kanada Milli Arxivi ilə birləşərək Kanada Kitabxanası və Arxivləri adı altında fəaliyyətini davam etdirib.

Araşdırma nəticəsində Kanada kitabxanalarında Qarabağ mövzusunda ümumilikdə 2804 nəşrin biblioqrafik təsvirinə rast gəlinir. Bunlar 1884 məqalə, 842 kitab, 42 musiqi nəşrləri, 13 video, 13 xəritə (təəssüf ki, onlardan 10-u 1990-2010-cu illər arasında erməni müəlliflər tərəfindən hazırlanmış xəritələrdir), 4 arxiv materialı və s.-dir. Bu nəşrlərin hər biri dünya kataloquna (WorldCat) daxil edilib. Nəşrlərin dillər üzrə statistikası belədir: ingilis- 1965, fransız -176,  rus -107, alman-40, erməni-32, türk-26, azərbaycan-17, italyan-5, fars-5, ərəb və koreya-4 və digər dillər.

Kanada kitabxana və arxivlərində mövcud olan 842 kitabdan 477-si çap kitabı, 334-ü elektron kitab, 17-si dissertasiya, 8-i mikroforma şəklindədir. Dissertasiyaların 11-i ingilis dilində, 6-sı fransız dilindədir. Kitablardan ən yenisi 2022-ci ildə Nyu-Yorkda nəşr olunmuş Sebastian Klich De facto state identity and international legitimation” və Eiki Berg& Shpend Kursani  De facto states and land-for-peace agreements : territory and recognition at odds” elektron kitablarıdır.

Kitablar arasında 1900-cü ildə Moskvada rus dilində çap olunmuş Верещагин, Василий Васильевич «Духоборцы и молокане в Закавказье; Шииты в Карабахе; Батчи и опиумоеды в Средней Азии; Обер-Амергау в горах Баварии: Рассказы. М.: Типо-лит. т-ва И. Н. Кушнерев и К°, 1900.- 90 с.» və 1930-cu ildə Bakıda rus dilində çap olunmuş  И.Петрушевский (1898-1977) «О дохристианских верованиях крестьян Нагорного Карабаха» kitablarının biblioqrafik təsvirini görmək mümkündür.

Kataloqda Azərbaycan dilində olan 17 nəşr arasında İqrar ƏliyevK.M. Məmmədzadənin “Qarabağın Alban abidələri”, X.D.Xəlilovun “Qarabağın elat dünyası”, Akif FərzəliyevNazim Axundovun “Qarabağnamələr”  və s. kitablarını, Xalq artisti Səkinə İsmayılovanın ifasında “Qarabağ şikəstəsi”nin də daxil olduğu musiqi diskləri, Almaz Ulvinin (Binnətova) ““Karabağ Benim Dinim – İmanım” (Ülvi Bünyadzadenin Yaratıcılığında Karabağ Motifi” adlı məqaləsi misal göstərmək olar.           

               

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay