A

“Həftənin kitabı” bu buraxılışını Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-də İnklüziv Təhsil İli” çərçivəsində “İnklüziv Təhsil həftəsi”nə həsr edərək, “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl Enerjiyə keçid” kitabını təqdim edir.

Kitabın müəllifləri tanınmış alimlər - professor Nizami Məmmədov və professor Sevda Məmmədəliyeva, redaktoru akademik Urxan Ələkbərovdur.

Üç dildə (Azərbaycan, ingilis, rus) nəşr olunan və 12 bölmədən ibarət kitab mühüm məlumatların toplandığı qiymətli vəsaitdir.

Kitabda Azərbaycan hökumətinin bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verməklə, qlobal istiləşmə ilə mübarizədə öz məsuliyyətini nümayiş etdirməsinə yer verilib. Müəlliflərin vurğuladığı kimi, ölkədə reallaşdırılan “yaşıl” enerji layihələri Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında etibarlı enerji tərəfdaşı və iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakçı kimi çıxış etdiyini təsdiqləyir. Bu baxımdan, 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Sammitinə (COP29) ev sahibliyi etməsi ölkənin beynəlxalq miqyasda təşəbbüskar mövqeyini və qlobal əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirdiyi verilib.

Kitabda Azərbaycanın yalnız öz enerji təhlükəsizliyini təmin etməyi deyil, eyni zamanda regional və qlobal enerji keçidində aktiv iştirak etməyi hədəflədiyi və beləliklə də, ölkənin öz təbii resurslarından səmərəli istifadə etməklə və bərpaolunan enerji sahəsində investisiya mühitini inkişaf etdirməklə daha yaşıl və davamlı gələcəyə doğru irəliləməsi təhlil edilib.

Qeyd edək ki, kitab iki böyük alimə – Yusuf Məmmədəliyevin 120 illik yubileyinə və türkiyəli professor Turhan Nejat Vəziroğluna ithaf edilib.

“Ekoloji sivilizasiyanın astanasında: Yaşıl Enerjiyə keçid” kitabı 2024-cü ildə “Şərq-Qərb” Nəşriyyatında çapdan çıxıb. Kitab156 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay