A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər ediblər.

UNE kollektivi Şuşadakı tarixi-mədəni abidələrlə, eləcə də aparılan bərpa quruculuq işləri ilə tanış olublar.

Eyni zamanda Cıdır düzünü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Şuşa qalasını, Xurşidbanu Natəvanın ev muzeyini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Gəncə qapısını və bir sıra tarixi-mədəni abidələri, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər. 

 

TOP XƏBƏRLƏR