A

UNEC-in dekabr ayında həyata keçirdiyi yeniliklərin qısa xülasəsini təqdim edirik:

- Hesablama Palatası ilə əməkdaşlıq çərçivəsində UNEC-in “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə yüksək göstəriciləri olan 42 tələbəsi dövlət auditi sahəsində peşəkar kadr hazırlığı məqsədilə Palatada 12 proqram üzrə təlim keçəcəklər. Təlimi uğurla bitirən tələbələr Hesablama Palatasında işlə təmin olunacaqlar.

- UNEC-in akademik heyətinin müəllifi olduğu “Maliyyə iqtisadiyyatı: bankçılıq, sığorta, kapital bazarı və birja (maliyyə üzrə mütəxəssislərin masaüstü məlumat kitabı)” oxuculara təqdim olunub. Kitabın müəllifləri professor Zahid Məmmədov və dosent Aydın Hüseynov, elmi redaktoru rektor, professor Ədalət Muradov, məsləhətçi isə Rabitəbankın Müşahidə Şurasının Sədri Zakir Nuriyevdir.

- UNEC-də əcnəbi vətəndaşlar üçün Azərbaycan və rus dilində hazırlıq kurslarına start verilib. Kursu uğurla bitirən iştirakçılar Elm və Təhsil Nazirliyinin sertifikatını əldə edəcəklər.

- UNEC komandası ali təhsil müəssisələri arasında ATİAHİ tərəfindən təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışın qalibi olub.

- Steam Azərbaycan Festivalında (#SAF 2022) tələbələrimizdən ibarət “UNECoders” komandası “LearnHub” layihəsi ilə II yeri qazanaraq, gümüş medal əldə edib.

- SAF 2022-də UNEC-in Zaqatala filialının tələbəsi Məhəmməd Sultanov “Buludların duzlanması” layihəsi ilə DreamWorld kateqoriyası üzrə II yerin sahibi olub.

- UNEC-in gənc müəllimi Könül Kərimova Macarıstanın Szeged Universitetinin doktoranturasından ən yüksək nəticə ilə məzun olaraq, həmin universitetin “Pro Laudanda Promotione” ali mükafatı ilə təltif edilib.

- UNEC Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirib.

- UNEC əməkdaşlarının #Scopus bazasında 8, “Web of science”da da 10 elmi məqaləsi indekslənib.

#UNEC #Startap İnkubatorunun təşkil etdiyi “Pitch day” təqdimatında 15 startap komandasından 6 komanda -“Eddy”, “Taky”, “Probiont”, “HIRPO”, “4You”, “FeedHub” finala vəsiqə qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay