A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Artistan- İncəsənətin yeni trendi” adlı tədbir keçirilib.

Tədbirdə Artistan təşkilatının təsisçisi Amil Zeynalov və Artistan nümayəndələri Azərbaycan  incəsənəti, onun dünyaca məşhur nümayəndələri haqqında danışıblar.

Gənclərin teatr, muzey, incəsənətə olan maraqlarının artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə iştirakçı tələbələrə ödənişsiz teatr biletləri verilib.

 "Qarabağ və incəsənət" başlığı altında quiz suallarını cavablandıran tələbələrə xüsusi hədiyyələr təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay