Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin “Rəqs” dərnəyinin solistləri Beynəlxalq Rəqs Günü münasibətilə ADA Universitetində təşkil olunan “JustDanceFest” adlı festivalda rəqs nümunələri ilə çıxışlar ediblər.
UNEC tələbələri Selcan Zeynallı və Hacı Baxıyev festivalda "Uzundərə” və “Voila” mahnıları üzərində qurulmuş müasir duet rəqsi nümayiş etdiriblər. Tələbələrin göstərdikləri performansı festival iştirakçıları böyük maraq və alqışlarla qarşılayıblar. Duet rəqsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək "Rəqs" nominasiyasının qalibi seçilib.