A

UNEC Radio-da "Skautlar UNEC-də"  verilişi start götürüb.

13 noyabr 2018-ci il tarixində efirə getmiş ilk buraxılışın qonağı Azərbaycan Skautlar Assosiasiyasının keçmiş sədri, Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıl oldu. Verilişdə Dünya Skautlar hərəkatı haqqında məlumat verilib, Azərbaycan gənclərinin bu istiqamətdə oynadığı rol haqqında danışılıb.  

Hər həftənin çərşənbə axşamı saat 16:00-da hər kəsi “Skautlar UNEC’də” verilişini dinləməyə dəvət edirik.

Verilişdə skautların dəyərləri, məqsədləri, fəaliyyəti haqqında ümumi məlumat veriləcəkdir.

Verlişi UNEC mobil əlavəsini yükləyib radio bölməsini seçərək, Radio UNEC-in Facebook səhifəsindən və yaxud @unec_radio instagram hesabında yerləşdirilən linkə daxil olaraq dinləyə bilərsiniz. Eyni zamanda universitetimizin saytından da verilişi dinləmək imkanınız var.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR