A

UNEC-in Zaqatala filialında Dövlət Müstəqilliyinin Bərpasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib.

Filialın direktoru professor Orucəli Rzayev Dövlət Müstəqilliyinin Bərpasının Azərbaycan tarixindəki əhəmiyyətindən danışaraq bildirib ki, o zaman qurtuluşun əsas missiyası müasir Azərbaycan dövlətini xaosdan, parçalanma təhlükəsindən və işğaldan qurtarıb inkişafını təmin etmək idi. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan xalqı üçün illər ötdükcə daha da dəyərli olduğunu deyib. O.Rzayev Prezident İlham Əliyev kimi uzaqgörən və qətiyyətli bir liderin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı qələbədən də bəhs edib.

Sonra İqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Raziyev və kafedranın dosenti Arif Əzimov görkəmli siyasi xadim Heydər Əliyevin zəngin fəaliyyətindən, Azərbaycanın müstəqillik qazanması və inkişafı naminə apardığı gərgin mücadilədən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay