A

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə "Erməni işğalı dövründə yeraltı sərvətlərimizin talanı, qanunsuz istismarı, ticarəti və digər vandalizm fəaliyyətlərinin ifşası" layihəsi çərçivəsində beynəlxalq konfrans təşkil edilib.

Tədbirdə Türkiyənin məşhur tarixçi alimi professor Selma Yelinin moderatorluğu ilə Ankara Gazi və Ankara Hacı Bayram Veli Universitetlərinin tələbələri, müəllim heyəti, tarixçilər, ictimaiyyət nümayəndələri istirak ediblər.

UNEC-in Ermənistan iqtisadiyyatının araşdırma mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev layihə haqqında ümumi məlumat verib, erməni işğalı dövründə Qarabağ, Şərqi Zəngəzur bölgəsində yeraltı və yerüstü təbii sərvətlərimizin talanı, qeyri-qanuni istismarı və ticarətinin beynəlxal qanunlara zidd, iqtisadi cinayət olduğunu qeyd edib, bu cinayətlərə görə Ermənistanın təzminat ödəməsinin vacibliyini vurğulayıb. Professor Qafar Mehdiyev Ermənistanın Azərbaycana vurduğu yüz milyardlarla zərərə görə təzminat ödəməli olduğunu qeyd edib. Tədbirə qatılan professor Toğrul İsmayıl, dosent Sinan Demirtürk, dosent Nazim Cəfərsoy və başqaları 44 günlük Zəfərdən sonra bölgənin geopolitik durumunu dəyərləndirib və ermənilərin beynəlxalq sahədə ifşa olunmasının Türkiyə və  Azərbaycan gənclərinin öhdəsinə düşən vəzifə olduğunu qeyd ediblər.

Tədbirdə eyni zamanda layihə çərçivəsində mövzu ilə əlaqədar çap edilmiş bukletlər iştirakçılara təqdim edilib, çoxsaylı suallara cavab verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay