A

Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsi tərəfindən Elm aylığı çərçivəsində “Xarici qrant çağırışlarına müraciət və UNEC-in bu müstəvidəki uğurları” adlı dəyirmi masa keçirilib.

Tədbirdə UNEC-in proqram rəhbərləri, kafedra müdirləri və digər inzibati əməkdaşları iştirak ediblər.

Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov iştirakçılara xarici qrant layihələrinin növləri, büdcəsinə görə təsnifatları haqqında məlumat verib. Eləcə də layihələrin hazırlıq mərhələsinə və komandanın formalaşması, xarici qurumların qrant çağırışlarına müraciətlə bağlı mərhələləri barədə müzakirələr aparılıb.

Tədbirdə UNEC-in 2022-ci ildə qalib olduğu Erasmus+ KA2 (ali təhsil müəssisələrində bacarıqlarn inkişafı) REFRESH və Erasmus+ Jean Monnet Modul DIGISHIP layihələrindən də bəhs olunub. Eyni zamanda 2023-cü il Avropa Komissiyasının Erasmus+ Jean Monnet Modul qrant çağırışı üçün UNEC-in akademik heyəti tərəfindən verilmiş layihələrdən müvafiq nümunələr göstərilərək, tədbir iştirakçılarının sözügedən layihələrə müraciət etmələri üçün stimullaşdırıcı məqamlar vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay