A

UNEC Karyera Mərkəzinin ilə Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə “Biznesin təşkili və idarəedilməsi” mövzusunda vorkşop keçirilib.

Caspan Cable Systems şirkətinin direktoru Elnur Bədəlov spikerliyi ilə keçirilən vorkşopda tələbələrə rəhbərlik etdiyi şirkətin fəailiyyəti haqqında təqdimat edib. Sonra isə İtaliyanın Roma universitetindəki akademik təhsili, Avropa parlamentində, MISE Gold Manufacture, Dental Smile Gallery, KI-MAŞ Promotion Company kimi beynəlxalq şirkətlərdə biznes və marketing üzrə iş təcrübəsini paylaşıb.

Sual-cavab sessiyasında fərqlənən tələbələrə simvolik hədiyyələr təqdim olunub. Spiker UNEC-in mühəndislik, informasiya texnologiyaları sahələri üzrə təhsil alan tələbələrinin Caspan Cable Systems şirkətində təcrübə və iş imkanları əldə edə biləcəklərini qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay