A

“4SİM Talks” adlı silsilə tədbirlərin növbəti sessiyası Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Dördüncü Sənaye İnqilabı (4Sİ) və rəqəmsallaşmanın qlobal iqtisadiyyatı yeni çağırışlarla üz-üzə qoyduğunu diqqətə çatdıraraq bildirib ki, dünya iqtisadiyyatının rəqəmsal transformasiyası, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan şərtlər 4Sİ tələblərinə cavab verən, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasını zəruri edir ki, bu istiqamətdə təhsil müəssisələri daha fəal olmalıdır.

4SİM-in icraçı direktoru Fariz Cəfərov tədbir iştirakçılarına 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və elektron ticarət sahəsində 4Sİ texnologiyalarının tətbiqi barədə məlumat verib. Fariz Cəfərov elm və sənaye işbirliyinin əhəmiyyətini vurğulayaraq bildirib ki, “4SİM Talks” adlı silsilə tədbirlərin məqsədi 4Sİ texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq və bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

Sonra “United payment” şirkətinin icraçı direktoru Edqar Abdullayev “4Sİ texnologiyalarının Rəqəmsal ticarətdəki rolu”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında İnnovasiyalar Mərkəzinin informasiya təhlükəsizliyi üzrə baş mühəndisi Bayram Məmmədov “Kiber dələduzluq və ona qarşı mübarizə”, “Prodata” şirkətinin Maşın Öyrənməsi sahəsi üzrə aparıcı mütəxəssisi Mirəkrəm Ağalarov “Süni İntellektin ətraf mühitə təsiri və Sənaye 4.0-dakı rolu” və “Cib.az” şirkətinin icraçı direktoru Söhrab Fərhadov “E-ticarətdə yeni ödəniş üsulları” mövzularında təqdimatlar keçirərək tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd: “4SİM Talks” adlı silsilə tədbirləri 4Sİ texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunur. Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyən universitet tələbələri üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay