A

Koreya Respublikasının tələbələri UNEC-də olublar.

Koreya-Azərbaycan Gənclərinin Beynəlxalq Mübadiləsi Proqramı çərçivəsində Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyinin Gənclərlə İş Agentliyinin şöbə müdiri Heung Sik Kimin rəhbərliyi ilə UNEC-də olan koreyalı gənclər universitetlə tanış olublar, tələbələrlə görüşüblər.

Görüşdə UNEC tələbələrinə Koreya mədəniyyəti və tarixi haqqında məlumat verilib, koreyalı gəncin “Koreyada bir gün” lahiyəsi çərçivəsində çəkdiyi videoçarx nümayiş olunub. Koreyalı gənclərin ifa etdikləri rəqslər və mahnılar UNEC tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Bədii hissədən sonra gənclər arasında müxtəlif mövzular üzrə diskussiyalar aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay