A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında 2 noyabr 2022-ci il tarixində imzalanmış üçtərəfli memorandum çərçivəsində Palatanın əməkdaşları tərəfindən Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda növbəti təlim proqramına start verilib.

Təlim proqramına “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan Maliyyə və mühasibat fakültəsinin 49, SABAH Mərkəzinin 15 və Beynəlxalq İqtisadiyyat Məktəbinin 5 tələbəsi cəlb edilib.

Proqramın ilk günündə Hesablama Palatasının Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun əməkdaşları ““Dövlət sektorunda audit” mövzusu üzrə təlim proqramının əhəmiyyəti, əldə ediləcək biliklər və dövlət qulluğu məsələləri” mövzusu üzrə ilk təqdimatla çıxış ediblər.

Əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət orqanının əməkdaşları tərəfindən bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi və Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması planlaşdırılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay