A

İyunun 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Ağaəmi Heybətovun doğum günü idi.

TUDİFAK-ın dekan müavini Cəvahirxanım Məmmədova, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri və tələbələr şəhidin ailəsi ilə birlikdə Xəzər rayonu Şəhidlər Xiyabanında Ağaəmi Heybətovun məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə TUDİFAK-da "Turizm və otelçilik" ixtisası üzrə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 16-da şəhidlik zirvəsinə ucalan A.Heybətov oktyabr 25-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" (24iyun 2021), "Cəsur döyüşçü" (24 iyun 2021) medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay