A

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının (ATİAHİ) Nabranda “Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda konfrans təşkil olunub.

Konfransda ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov, Azərbaycan Dövlət İqtisad Universitetinin THİK sədri İlkan Əliyev, UNEC-in magistratura səviyyəsində təhsil alan, Vətən müharibəsi iştirakçısı qazi Xəyyam Qədiməliyev , 20 Universitetin THİK sədrləri və fəal tələbələr də iştirak etmişdir.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dövlət-gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda qeyd olunub ki, ATİAHİ-nin tərkibində olan ali məktəb, kollec, peşə məktəbi və liseylərdə on minlərlə tələbə təhsil alır. Onların yarıdan çoxu ittifaqın üzvüdür. Bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.

Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordumuzun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl və Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasında təhsil alan, Vətən müharibəsi iştirakçısı Xəyyam Qədiməliyev keçdiyi döyüş yolu, yaralanması və hərbçilərimizin çətin tapşırıqların öhdəsindən necə məharətlə gəlməsindən söz açıb.

Xəyyam Qədiməliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Tədbirdə çıxış edən UNEC THİK sədr müavini Günay Ağazadə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin üzərinə düşən mühüm vəzifələrini qeyd edib. UNEC THİK Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılmasında tələbələrin rolu, 44 günlük Vətən müharibəsindən sonrakı və əvvəlki dövrlərdə UNEC THİK - in gördüyü işlər haqqında məlumat verib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay